Vladimir Zelenski və Co Bayden arasında telefon danışığı olub
1 Mart 2022 21:48 DünyaUkrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ Prezidenti Cozef Bayden arasında telefon danışığı olub.
Olaylar.az xəbər verir ki, bu barədə Ukrayna lideri bildirib.
Zelenski ABŞ Prezidenti Cozef Baydenlə Rusiyaya qarşı sanksiyaları və müdafiə sahəsində Ukraynaya dəstəyi müzakirə etdiyini bildirib.
"İndicə ABŞ Prezidenti ilə danışdıq. Antirusiya sanksiyaları və Ukraynaya müdafiə dəstəyi məsələsində ABŞ rəhbərliyini müzakirə etdik", - Zelenski tviterdə yazıb.
O, həmçinin Baydenə dəstəyə görə təşəkkür edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31