“Cənab Conson, Kiyevə gəlmirsiniz, çünki qorxursunuz” - VİDEO
1 Mart 2022 20:29 DünyaUkraynalı fəal Darya Kalinyuk Böyük Britaniyanın Baş naziri Boris Consonu və NATO-nun digər üzvlərini Üçüncü Dünya Müharibəsindən qorxduqlarına görə qınayıb və siyasətçiləri Ukraynanın səmasını bağlamağa çağırıb.
Olaylar.az xəbər verir ki, Varşavada mətbuat konfransında Kalinyuk Consona müraciət edərək deyib:
"Siz Polşaya gedirsiniz, Kiyevə getmirsiniz, cənab baş nazir, Lvova da qorxduğunuz üçün getmirsiniz. NATO Üçüncü Dünya Müharibəsindən qorxur, lakin artıq müharibə başlayıb".
Conson Kalinyuka cavabında deyib:
"Uçuşa qadağan zonadan danışanda, təəssüf ki, Böyük Britaniya Rusiya təyyarələrinin vurulmasında iştirak etməlidir. Bu, bizim edə biləcəyimiz bir iş deyil. Məncə, bunun nəticələrinə nəzarət etmək həqiqətən çox çətin olacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31