Odessa sakinləri çimərlikdə barrikada qurur - VİDEO
1 Mart 2022 20:00 DünyaUkraynanın Odessa şəhərində sakinlər Rusiyanın dənizdən mümkün hücumuna qarşı qum torbaları ilə barrikada qurublar.
Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, başda paytaxt Kiyev olmaqla bir çox şəhərlərdə yol və meydanlarda barrikadalar qurulub.
Qeyd edək ki, rəsmi Kiyev Rusiyanın hücumlarında indiyədək 14-ü uşaq olmaqla, 352 mülki şəxsin həyatını itirdiyini açıqlayıb. 116-sı uşaq olmaqla, 1684 mülki şəxsin yaralandığı bildirilib.
Münaqişələrdən qaçaraq qonşu ölkələrə sığınan ukraynalıların sayı isə 600 mini keçib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31