Disney Rusiyada filmlərinin nümayişini dayandırdı
1 Mart 2022 19:22 DünyaAmerikanın "The Walt Disney Company" şirkəti Rusiyada filmlərinin nümayişini dayandırır.
Olaylar.az xəbər verir ki, bu barədə CNBC telekanalı məlumat yayıb.
"Ukraynanın əsassız işğalını və dəhşətli humanitar böhranı nəzərə alaraq, biz Rusiya kinoteatrlarında film nümayişlərini, o cümlədən Pixar-ın qarşıdan gələn premyerasını dayandırırıq", - bəyanatda deyilir.
"The Walt Disney Company"nin nümayəndələri vurğulayıblar ki, gələcək qərarlar şirkət rəhbərliyi tərəfindən "vəziyyətin necə inkişaf edəcəyinə əsaslanaraq" veriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31