Rusiya və Ukrayna arasında əsirlərin mübadiləsi oldu
1 Mart 2022 18:43 DünyaUkraynanın Sumı vilayətində əsirlərin mübadiləsi üçün "yaşıl dəhliz" yaradılıb.
Olaylar.az unian.net-ə istinadən xəbər verir ki, bunu Sumı Regional Dövlət Administrasiyasının rəhbəri Dmitri Jivitski deyib.
O bildirib ki, "yaşıl dəhliz"in yaradılması qərarını Ukrayna Prezidenti Volodimir Zelenski verib. Məlumata görə, Teroboronadan olan 5 Ukrayna əsgəri bir Rusiya hərbi polisinin zabiti ilə dəyişdirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31