TikTok-da ulduza çevrilən ukraynalı hərbçi - VİDEO
1 Mart 2022 18:37 DünyaUkraynadan olan Yuri Qorodetski adlı hərbçi TikTok-da ulduza çevirilib.
Olaylar.az xəbər verir ki, o, "Ukraynalı qardaşlar" mahnısını ifa edərək hesabında paylaşıb. Video qısa müddətdə bir milyona yaxın baxış, 80 mindən çox bəyənmə, 5 mindən çox şərh toplayıb. 10 minə yaxın insan tərəfindən paylaşılıb.
Mahnı Ukraynada hərbi əməliyyatlar başlamazdan əvvəl Y. Qorodetski tərəfindən ifa edilib və şəbəkəyə yüklənib və hazırda aktuallaşıb.
Qeyd edək ki, Y. Qorodetskinin Qış Yürüşünün Cəngavərləri adına 28-ci mexanikləşdirilmiş briqadanın baş əsgəri olub.
Onun bir neçə gün əvvəl Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatlar zamanı vəfat etdiyi deyilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31