Daha bir rus milyarder müharibəyə qarşı çıxdı

Məşhur rusiyalı iş adamı və Rusiyanın ən böyük banklarından biri olan "Tinkoff"un qurucusu Oleq Tinkov Ukraynada vəziyyətin qəbuledilməz olduğunu və müharibənin əleyhinə olduğunu bildirib.

Olaylar.az xəbər verir ki, Tinkov "Instagram"da etdiyi şərhdə, bir müddət əvvəl qurduğu fondla qan xərçəngi olan insanların həyatını xilas etməyə çalışdıqlarını açıqlayıb. "İndi Ukraynada hər gün günahsız insanlar ölür, bu qəbuledilməzdir" deyib.

Dövlətlərin pullarını müharibə yerinə insanları sağaltmaq üçün istifadə etmələri lazım olduğuna işarə edən Tinkov, "Biz bu müharibəyə qarşıyıq" deyib.

Bundan əvvəl rusiyalı milyarderlər Mixail Fridman və Oleq Deripaska Rusiyanın Ukraynaya hücumuna qarşı çıxaraq sülhə çağırış ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31