Twitter Rusiya dövlət mediası ilə əlaqəli yazıları məhdudlaşdıracaq
1 Mart 2022 14:47 DünyaOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, "Twitter" bildirib ki, Kremlə bağlı nəşrlər Moskvanın Ukraynaya hücumu ilə əlaqədar yalan məlumat yaymaqda ittiham olunduğu üçün Rusiya dövlət mediası ilə əlaqəli yazılara xəbərdarlıq edəcək.
Rusiyanın Ukraynaya hücumundan sonra sosial media platformalarına təzyiqlər artır.
Rusiyada fəaliyyət göstərən "Russian Today" və "Sputnik" qəzetləri müharibənin xeyrinə yalan xəbərlərdən istifadə etməkdə ittiham olunur.
"Russian Today" və Sputnik artıq "Rusiyanın dövlət mediası" həştəqi ilə Twitter-də fəaliyyət göstərir.
Bundan sonra platforma bu medianın linki ilə edilən yazılara xəbərdarlıq etməyə başlayacaq.
Bu elan Facebook-un çətir şirkəti Meta-nın Rusiyayönlü qrupların saxta profillərdən və ya sındırılmış hesablardan istifadə edərək sosial mediada dezinformasiya kampaniyaları apardıqlarını söyləməsindən bir gün sonraya təsadüf edir.
NetBlocks veb monitorinq qrupu Twitter və Facebook-un Rusiyada giriş məhdudiyyətlərinə məruz qaldığını və indi böyük ölçüdə əlçatan olmadığını bildirib.