"Sığınacaqlarda balaca ukraynalılar dünyaya gəlir"
1 Mart 2022 14:27 DünyaUkraynanın Volın şəhərinə hava hücumu zamanı uşaq dünyaya gəlib.
Olaylar.az xəbər verir ki, Volında Novovolınsk xəstəxanasının sığınacağında oğlan uşağı dünyaya gəlib.
Körpənin valideynləri Kiyevdən olan mühacirlərdir. Körpə fevralın 28-də saat 23:15-də dünyaya gəlib.
"Müharibə uşaqları. Həyat dayanmır! Sığınacaqlarda balaca ukraynalılar peyda olur! Yeni doğulmuş müdafiəçimizlə tanış olun - 3550 q, 55 sm. Bütün Ukraynada, Volında" da həyəcan siqnalları eşidilir. Amma atəş zamanı belə həyat dayanmır! Arzu edirik ki, sülh olsun", - deyə Novovolınsk şəhər xəstəxanasının "Facebook" səhifəsində qeyd edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31