Bu ölkə Ukraynaya dəstək verməyəcəyini AÇIQLADI - Səbəbi isə...
1 Mart 2022 12:16 DünyaMacarıstan Ukrayna Silahlı Qüvvələrinə dəstək verməyəcək. Ölkə Ukrayna hərbçilərinə kömək üçün silah və əsgər göndərilməsinə icazə verməyəcək
Olaylar.az bildirir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.
Onun sözlərinə görə, Macarıstan öz ərazisi ilə başqa ölkələrdən Ukraynaya hərbi yardım daşımağa icazə verməyəcək.
"Bu qərarın səbəbi odur ki, bu cür daşımalar düşmənin hərbi əməliyyatlarının hədəfinə çevrilə bilər və... biz Macarıstanın təhlükəsizliyini təmin etməliyik... bu müharibəyə qarışmamalıyıq", - deyə XİN rəhbəri bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31