Ukraynanın xarici işlər naziri amerikalı həmkarı ilə görüşüb

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Ukraynanın xarici işlər naziri Dmitro Kuleba amerikalı həmkarı Antoni Blinkenlə telefon danışığında Blinkenin Ukraynaya dəstəyini davam etdirmək əzmində olduqlarını bir daha bəyan etdiyini bildirib.

Kuleba, sosial media hesabından verdiyi açıqlamada həmkarı Blinkenlə telefon danışığı olduğunu bildirib.

Ölkəsinin sülh arzusunu dilə gətirən Kuleba, "Ancaq Rusiyanın hücumları altında olduğumuz müddətcə daha çox silah və sanksiyalara ehtiyacımız var" -deyə söyləyib. 

Blinkenin ölkəsinin Ukraynaya dəstəyini davam etdirəcəyini ifadə etdiyini vurğulayan Kuleba, həmkarının onu sanksiyalar və silahlarla təmin etdiyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31