Rusiya bələdiyyə binasını havaya uçurdu - ANBAAN VİDEO

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna ordusunun Rusiya qüvvələrinə qarşı mübarizəsi davam edir. Meydanda istədiyi qədər irəliləyə bilməyən Rusiya hücumlarının şiddətini artırıb. Hərbi hədəflərlə yanaşı mülki yaşayış məntəqələrini də vurmağa başlayan Rusiya ordusu küçələrdə Ukrayna ordusunun müqaviməti ilə qarşılaşır.

İşğalın başladığı fevralın 24-dən Xarkov şəhərinə girə bilməyən rus ordu qüvvələri bu şəhərə hücumlarını artırıb.

Ötən gecə şəhərdə şiddətli toqquşmalar baş verib. Ukrayna ordusu rusların hərbi maşınlarını bir-bir sıradan çıxarıb.

Rusiya tərəfindən atılan raket Xarkov bələdiyyəsinə düşüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31