Ukraynadan Polşaya gələn miqrantların sayı 377 min nəfəri keçib
1 Mart 2022 11:14 DünyaOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, hərbi əməliyyatlar başlayandan bəri Ukraynadan Polşaya 377 mindən çox miqrant gəlib.
Bu barədə martın 1-də Respublika Sərhəd Mühafizəsi Twitter səhifəsində məlumat yayıb.
"Fevralın 24-dən sərhəd zabitləri müharibə şəraitində olan Ukraynadan qaçan 377 400-dən çox insanı Ukrayna ilə sərhəd-keçid məntəqələrində keçirib", - deyə xidmətdən bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31