Xarkovun mərkəzi meydanında güclü partlayış - VİDEO

Ukraynanın Xarkov vilayətinin mərkəzi meydanında güclü partlayış baş verib.

Olaylar.az  xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Qeraşenko öz teleqram hesabında məlumat verib.

Partlayış anının görüntülərini paylaşan DİN rəsmisi bildirib: "Xarkovda ən sevdiyim Azadlıq meydanında raketlər partlayır. Ürək parçalanır!"

(qafqazinfo)

 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31