Xerson Rusiya qüvvələri tərəfindən mühasirəyə alınıb

Olaylar.az xəbər verir ki , Ukraynanın cənubundakı Xerson bölgəsindən verilən məlumatlara görə ,vilayətin mərkəzi rus qoşunları tərəfindən mühasirəyə alınıb.

Şahidlərin sözlərinə görə, bu gün səhər saatlarında rus qoşunları Moskvanın nəzarətində olan Krımın yaxınlığında yerləşən şəhərə qurudan hücuma keçib.

"Rusiya ordusu Xersonun girişlərində nəzarət-buraxılış məntəqələri qurur", - mer İqor Kolıxayev Facebook-da bildirib. "Xerson ukraynalı olub və qalacaq.

Hersonda yaşayan jurnalist Alena Panina "Ukrayna 24" milli telekanalına"Şəhər faktiki olaraq mühasirəyə alınıb, hər tərəfdən çoxlu rus əsgərləri və hərbi texnikası var, onlar çıxışlarda nəzarət-buraxılış məntəqələri qurublar"-deyib.

Jurnalist əlavə edib ki, Xersonda hələ də elektrik, su və istilik var, lakin əlavə edib ki, ərzaq şəhər kənarındakı anbarlarda yığıldığı üçün 300 min əhalisi olan şəhərə ərzaq gətirməkdə çətinliklər yaranıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31