Ukraynadakı müharibəyə “əməliyyat” deyən nazir istefaya göndərildi

Bolqarıstanın müdafiə naziri Stefan Yanev Ukraynada baş verənlərə müharibə demək istəmədiyinə görə vəzifəsindən uzaqlaşdırılıb.

Olaylar.az  xəbər verir ki, bu barədə Bolqarıstan baş naziri Kiril Petkov qərar qəbul edib. "Müdafiə nazirim "müharibə" sözünü işlətmirdi. Minlərlə hərbçinin öldürüldüyü bir vaxtda bunu əməliyyat adlandıra bilməzdi", - Petkov deyib.

Baş nazir əlavə edib ki, Bolqarıstan razılaşmadığı məsələlərə səssiz qala bilməz: "Bolqarıstan Avropa İttifaqı və NATO-nun üzvüdür. Bununla belə, çoxları Sovet İttifaqı və soyuq müharibə dövrlərini xatırlayır, ona görə də Rusiya ilə qohumluq hissi keçirirlər".

Azpost.info

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31