Blinken Türkiyə tərəfindən Montrö Konvensiyasının həyata keçirilməsinə görə Çavuşoğluya təşəkkür edib

ABŞ dövlət katibi Entoni Blinken Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefon danışığında Ukraynadakı vəziyyətlə bağlı Montrö Konvensiyasının icrasına görə Ankaraya təşəkkür edib.

Olaylar.az bildirir ki, bu barədə ABŞ Dövlət Departametinin mətbuat xidmətindən bildirilib.

"Dövlət katibi E.Blinken Türkiyənin Montrö Konvensiyasını icra etməyə davam etməsi və xarici işlər naziri Çavuşoğlunun məsələ ilə bağlı son açıqlamalarına görə minnətdarlığını bildirib. Dövlət katibi həmçinin Ukraynanın, onun suverenliyi və ərazi bütövlüyünün qorunmasında güclü dəstəyə görə Türkiyəyə təşəkkür edib", - deyə mətbuat xidmətindən bildiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31