NATO-dan Rusiyaya qarşı mühüm addım
1 Mart 2022 00:34 DünyaNATO kollektiv müdafiə kontekstində ilk dəfə olaraq alyansın cavab qüvvələrinin elementlərini yerləşdirir.
Olaylar.az xəbər verir ki, bu barədə NATO Hərbi Komitəsinin Brüsseldə fövqəladə iclasından sonra yaydığı bəyanatda bildirilib.
"NATO-nun müdafiə planları yenidən aktivləşdirildi, nəticədə ilk dəfə olaraq kollektiv müdafiə kontekstində NATO Cavab Qüvvələrinin elementləri yerləşdirildi", - bəyanatda qeyd olunub.
NATO Hərbi Komitəsinin sədri admiral Rob Bauerin qeyd edib ki, bu qərar dərhal qəbul edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31