Blinkenlə Çavuşoğlu Ukraynanı müzakirə etdi

ABŞ Dövlət katibi Entoni Blinken və Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu telefonla danışıb.

Olaylar.az xəbər verir ki, bu barədə Çavuşoğlu "Twitter" hesabında paylaşım edib.

"Blinkenlə Ukraynadakı son hadisələri və humanitar vəziyyəti müzakirə etdik. Atəşkəsin təmin olunmasının vacibliyini vurğuladıq", - xarici siyasət idarəsinin rəhbəri qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31