Shell Rusiyadakı BM-dən çıxır və “Şimal axını 2”yə sərmayələri dayandırır
28 Fevral 2022 23:16 Dünya"Shell plc"nin Direktorlar Şurası "Qazprom" və əlaqəli təşkilatlarla birgə müəssisələrdən, o cümlədən "Saxalin-2" maye qaz istehsalı zavodundakı 27,5 faiz, "Salym Petroleum Development" və Qdansk enerji müəssisəsindəki 50 faizlik payından çıxmaq niyyətini açıqlayıb.
Olaylar.az "Globenewswire"a istinadən bildirir ki, "Shell" həmçinin "Şimal axını 2" qaz kəməri layihəsində iştirakını dayandırmaq niyyətindədir.
2021-ci ilin sonunda "Shell"in Rusiyadakı bu müəssisələrdəki dövriyyədənkənar aktivləri təxminən 3 milyard dollar təşkil edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31