Belarusdan Kiyevə 20-dək helikopter uçub

Belarus ərazisindən 20-yə yaxın helikopter havaya qalxıb. Onlar Ukraynanın paytaxtı Kiyev şəhərinə doğru uçurlar.

Olaylar.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Xüsusi Rabitə və İnformasiya Mühafizəsi üzrə Dövlət Xidmətinin mətbuat xidməti məlumat yayıb.

"Belaruslar bildirirlər ki, son 10 dəqiqə ərzində Belarus ərazisindən Kiyevə 20-dək helikopter uçub", - məlumatda deyilir.

Helikopterlərdə nə qədər əsgərin olduğu barədə məlumat verilmir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31