Macarıstan Ukraynaya kömək etməkdən imtina etdi
28 Fevral 2022 22:19 DünyaMacarıstan Ukrayna Silahlı Qüvvələrinə dəstək verməyəcək. Ölkə Ukrayna hərbçilərinə kömək üçün silah və əsgər göndərilməsinə icazə verməyəcək.
Olaylar.az "UNİAN"a istinadən bildirir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.
Onun sözlərinə görə, Macarıstan öz ərazisi ilə başqa ölkələrdən Ukraynaya hərbi yardım daşımağa icazə verməyəcək.
"Bu qərarın səbəbi odur ki, bu cür daşımalar düşmənin hərbi əməliyyatlarının hədəfinə çevrilə bilər və... biz Macarıstanın təhlükəsizliyini təmin etməliyik... bu müharibəyə qarışmamalıyıq", - deyə XİN rəhbəri bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31