Avropa İttifaqı Ukraynaya kosmik kəşfiyyat məlumatlarını ötürəcək

Avropa İttifaqı Ukraynaya Rusiya qoşunlarının hərəkəti ilə bağlı kosmik kəşfiyyat məlumatlarını ötürəcək.

Olaylar.az "Euronews"a isitnadən xəbər verir ki, bunu Aİ diplomatiyasının rəhbəri Jozep Borrell deyib.

Borrell qeyd edib ki, Avropa İttifaqı Madriddəki peyk mərkəzindən Ukraynaya Rusiya qoşunlarının hərəkəti ilə bağlı kəşfiyyat məlumatları təqdim etməsini istəyib.

O əlavə edib ki, Aİ ölkələri qərarlıdır və Kiyevə hərbi dəstəyi artırmaq niyyətindədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31