Putin Ukrayna ilə bağlı şərtlərini açıqladı

Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə atəşkəsin əldə olunması üçün ilkin şərtləri açıqlayıb

Olaylar.az xəbər verir ki, o, Ukrayna ətrafında nizamlanmanın yalnız Rusiyanın qanuni təhlükəsizlik maraqlarının qeyd-şərtsiz nəzərə alınacağı təqdirdə mümkün olacağını bildirib.

Vladimir Putin qeyd edib ki, belə bir nizamlanma yalnız Rusiyanın qanuni təhlükəsizlik maraqlarının qeyd-şərtsiz nəzərə alınması, o cümlədən Rusiyanın Krım üzərində suverenliyinin tanınması, Ukrayna dövlətinin demilitarizasiyası vəzifələrinin həlli və onun neytral statusunun təmin edilməsi ilə mümkündür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31