Kanada Ukraynaya hərbi yardım göndərir
28 Fevral 2022 20:27 DünyaKanada Ukraynaya əlavə 25 milyon dollarlıq hərbi yardım göndərir.
Olaylar.az CNN-ə istinadən xəbər verir ki, bu barədə Kanadanın xarici işlər naziri Melani Coli və milli müdafiə naziri Anita Anand birgə mətbuat konfransında bildirib.
Ukraynanın Kanadadan hərbi yardım kimi qaz maskaları, zirehli geyim, gecə görmə cihazları və dəbilqələr istədiyi bildirilib.
Kanada Silahlı Qüvvələrinin NATO səyləri çərçivəsində ən azı iki həftəlik iki C-130J taktiki təyyarə və 40-50 personalını Avropaya göndərəcəyi bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31