Zelenski ölkənin AB-yə üzv olması üçün sənəd imzaladı (YENİLƏNİB)
28 Fevral 2022 20:16 DünyaUkrayna Prezidenti Vladimir Zelenski ölkənin Avropa Birliyinə üzv olması üçün sənədi imzalayıb.
Olaylar.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radası məlumat yayıb.
"Ukraynalılar çoxdan sübut ediblər ki, biz hamımız Avropa Birliyinin ayrılmaz hissəsiyik. Artıq bunu kağız üzərində göstərməyin vaxtı çatıb. Ukrayna AB-yə üzvlük üçün xüsusi prosedur əsasında müraciət edir. Biz tərəfdaşlarımıza göstərdikləri dəstəyə və operativ qərarlara görə minnətdarıq", - bunu Ukrayna Baş naziri Denis Şmıqal vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31