Eskişehirdə Xocalı soyqırımını anım tədbiri keçirilib

Eskişehirdə Yunus Əmrə Mədəniyyət və Sənət Mərkəzində Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar anım tədbiri keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Eskişehir Azərbaycanlılar Dərnəyinin təşkilatçılığı ilə gerçəkləşən tədbir çərçivəsində Xocalı faciəsinin dəhşətlərini əks etdirən çərçivəsində fotosərgi də təşkil edilib.

Türkiyə və Azərbaycanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

"Dinməyən Fəryad - Xocalı soyqırımı" adlı tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, MHP Eskişehir millət vəkili Mətin Nurullah Sazak, Eskişehir valisinin müavini Salih Altun, TADEF-in sədr müavini Pərviz Məmmədzadə, siyasi partiya və qeyri-hökümət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Eskişehir Azərbaycanlılar Dərnəyinin sədr müavini Sirac Yaquboğlunun moderatorluğu ilə keçirilən tədbirdə məruzə ilə çıxış edən Prof. Dr. Mehmet Topal və Prof. Dr. Əmir Əliyev 30 il öncə Ermənistanın silahlı birləşmələrinin və terrorçularının Azərbaycan şəhəri olan Xocalıda dinc əhaliyə qarşı törətdiyi qətliamı xalqımızın yaddaşına əbədi həkk olan dözülməz faciə adlandırıblar. Xocalı soyqırımının baiskarlarının və icraçılarının ədalət mühakiməsi qarşısında dayanmasının və törətdikləri ağır cinayətə görə cavab verməsinin mühüm olduğu vurğulanıb.

Qeyd edək ki, Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə dünyanın 40 ölkəsində 150-yə yaxın tədbir keçirilib.

Bir ayaqda şəkili ola bilər

Bir 18 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər

Bir 1 nəfər şəkili ola bilər

Bir 4 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər

Bir 2 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər

Bir 2 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər

Bir 1 nəfər və ayaqda şəkili ola bilər

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31