Emmanuel Makron Vladimir Putin və Zelenski ilə danışdı (YENİLƏNİB)

Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

Olaylar.az xəbər verir ki, bu barədə "Reuters" Yelisey sarayına istinadən məlumat yayıb.

"Makron Ukraynaya hucumun dayandırılması ilə bağlı beynəlxalq ictimaiyyətin tələbini təkrarlayıb. Fransa prezidenti atəşkəsin dərhal dayandırılmasının vacibliyini təsdiq edib"-deyə Yelisey sarayının yaydığı məlumatda bildirilir.

Fransa prezidenti Emmanuel Makron rusiyalı həmkarı Vladimir Putini əməliyyatı dayandırmağa çağırıb.  Məlumata görə, söhbət zamanı Makron mülki infrastrukturun atəşə tutulmasının yolverilməz olduğunu bəyan edib, həmçinin mülki şəxslərin ictimai yollara çıxışını saxlamağı tələb edib. Putin rus qoşunlarının bu tələbləri yerinə yetirməyə hazır olduğunu təsdiqləyib və yaxın günlərdə fransalı həmkarı ilə əlaqə saxlamağa razılaşıb.

Putin Makrona Moskvanın Ukrayna nümayəndələri ilə danışıqlara açıq olduğunu bildirib. Eyni zamanda, vurğulayıb ki, Ukrayna məsələsinin həlli üçün Rusiyanın maraqları nəzərə alınmalıdır. Bura Krımın Kiyev tərəfindən tanınması, Ukraynanın denasionalizasiyası və demilitarizasiyası və ölkəyə neytral statusun verilməsi daxildir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31