Yaponiya Ukraynaya 100 milyonluq yardım göndərir

Yaponiya Ukraynaya 100 milyon dollar humanitar yardım göndərəcəyini açıqlayıb.

Olaylar.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Yaponiyanın baş naziri Fumio Kisida məlumat verib.

"Ukraynanın işğalına cavab olaraq sanksiyalarımızı daha da gücləndirəcəyik. Rusiya Mərkəzi Bankı ilə əməliyyatlara məhdudiyyətlər qoyacağıq və Belarusa qarşı yeni sanksiyalar tətbiq edəcəyik", - Kişida deyib.

Kişida Yaponiyada qalmaq istəyən Ukrayna vətəndaşlarının viza müddətinin uzadılmasının asanlaşdırılacağını da bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31