“Putinin nüvə hədə- qorxusu məsuliyyətsizlikdir” – Avropa İttifaqının Ali nümayəndəsi

Avropa İttifaqının Ali nümayəndəsi Jozel Borrel Rusiya prezidenti Putinin nüvə silahı ilə bağlı bəyanatını məsuliyyətsizlik adlandırıb. 

Olaylar.az bildirir ki, Borrel bu barədə İspaniya radiosuna müsahibəsində deyib: "Nüvə silahına istinad edtmək tam məsuliyyətsizlikdir. Hucum başlananda o artıq deyirdi ki, kim ona mane olmağa çalışsa heç vaxt məruz qalmadığı hucuma məruz qalacaq. Bu birbaşa nüvə təhlükəsi ilə bağlıdır. İndi bu daha aydındır. Bu göstərir ki, müqavimət göstərdiyimiz adam necə insandır. Bu ritorik hədə-qorxu ola bilər, amma münaqişənin səviyyəsini belə terminlərə gətirib çıxarmaq böyük bir məsuliyyətsilikdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31