Rusiya MN-dən təhdid: "Koordinatları müəyyən edilir, hamısı tapılacaq və cəzalandırılacaq”
28 Fevral 2022 14:25 DünyaRusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov Ukrayna qüvvələrini hədələyib.
Olaylar.az bildirir ki, qurum rəsmisi son çıxışı zamanı əsir götürülən rus əsgərlərinə qarşı pis rəftar edildiyini söyləyib:
"Əsgərlərimizə qarşı zorakılıqda iştirak edən hər kəsin simaları, səsləri, telefon nömrələri, onların koordinatları, IP ünvanları, eləcə də yazışmaları qeydə alınır və müəyyən edilir. Hamısı tapılacaq və mütləq cəzalandırılacaq".
Digər tərəfdən, Rusiyanın "əsirlərlə pis rəftar edilməsi" iddiaları Ukrayna tərəfindən rədd edilib. Ukraynanın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Sergiy Kyslytsya bildirib ki, rus əsgərlərinin vəziyyətlərindən xəbərdar olmaq istəyən yaxınları üçün xüsusi telefon xətti yaradılıb.