Ukrayna: Rusiya qüvvələri təxminən 5300 əsgər itirib

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna müdafiə nazirinin müavini Anna Malyar ölkəsinə hücum edən Rusiya qüvvələrinin 5300-ə yaxın əsgərini itirdiyini açıqlayıb.

Ukrayna müdafiə nazirinin müavini Anna Malyar Facebook səhifəsində Rusiya qüvvələrinin son 4 gündə itkiləri ilə bağlı məlumat paylaşıb.

Rus qüvvələrinin 5300-ə yaxın əsgər itirdiyini qeyd edən Malyar, Ukrayna ordusunun Rusiyaya məxsus 29 təyyarə, 29 helikopter, 191 tank, 816 zirehli texnika, 74 artilleriya və 2 gəmini məhv etdiyini bildirib.

Malyar Rusiya qüvvələrinin həmçinin bir BUK zenit silahı, 21 Qrad reaktiv yaylım atəş sistemi, 291 avtomobil, 60 yanacaq maşını, 5 hava hücumundan müdafiə sistemi və 3 İHA itirdiyini və bu rəqəmlərə davam edən qarşıdurmalarla bağlı məlumatların daxil olmadığını vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31