Rusiyada artıq kartdan pul çəkə bilmirlər-İş yerləri çökür
28 Fevral 2022 12:54 DünyaUkraynada Rusiyanın işğalı nəticəsində yaşanan insanlıq faciəsində dünyasını dəyişən, evindən-eşiyindən didərgin düşən xeyli azərbaycanlı da var. Üstəlik də orada xeyli azərbaycanlı iş adamının iş yerləri, tikdiyi binalar dağıdılmış, onlara da böyük maddi ziyan dəymişdir. "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Fazil Mustafa qeyd edib ki, Rusiyadakı sanksiyalarla bağlı böhran bu ölkədə çalışan azərbaycanlıları da iqtisadi cəhətdən çökdürmüşdür: "Azərbaycanın bir sıra rayonlarının əhalisi oradan göndərilən pullarla yaşamını təmin edir. Yəni hər iki tərəfdən zərbənin bizim insanlara da dəydiyini görürük. Ağır olacaq, çox ağır. Rusiyada artıq kartdan pul çəkə bilmirlər. İş yerləri çökür. Məşhur rus filmində deyildiyi kimi; "təkcə mənə deyil, bizə 15 sutka veriblər". Əsas odur ki, haçansa bu savaşı hərləyib-fırlayıb Türkiyə və Azərbaycanın üzərinə yönətməsinlər".