Yunanıstan Rusiya təyyarələrinin öz hava məkanında uçuşlarını qadağan edib

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Yunanıstan 3 ay müddətinə bütün Rusiya təyyarələri üçün öz hava məkanından istifadəni qadağan edib. 

Bu barədə Mülki Aviasiya Administrasiyasının fevralın 28-də  yaydığı məlumatda deyilir.

"Mülki Aviasiya İdarəsi Yunanıstanın milli hava məkanında Rusiya təyyarələrinin uçuşlarını qadağan edən aviasiya bildirişinin (NOTAM) verilməsini elan edir. Rusiya hava daşıyıcılarının Yunanıstanın milli hava məkanında Rusiya hava məkanından istifadəsini qadağan edən aviasiya direktivi bundan sonra tətbiq edilir"- bəyanatda deyilir.

Həmçinin qeyd olunur ki, Rusiyaya və ya Rusiyanın nəzarətində olan aviaşirkətlərə məxsus təyyarələrin, o cümlədən şəxsi təyyarələrin Yunanıstanın hava məkanına enməsi, qalxması, daxil olması və oradan keçməsi qadağandır. Aviasiya direktivinə humanitar maraq daşıyan uçuşlar, tibbi uçuşlar və Yunanıstan hökumətinin icazəsi ilə axtarış-xilasetmə uçuşları, eləcə də bütün fövqəladə uçuşlar istisna olunur.

Bildiriş üç ay müddətində qüvvədə olacaq və artıq  fevralın 28-də qüvvəyə minib, Mülki Aviasiya İdarəsi bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31