Putinin fəxri prezident və fəxri səfir səlahiyyətləri dayandırıldı
28 Fevral 2022 11:56 DünyaBeynəlxalq Cüdo Federasiyası (IJF) Rusiya lideri Vladimir Putinin təşkilatın fəxri prezidenti və səfiri səlahiyyətlərini dayandırıb.
Olaylar.az xarici mətbuata istinadən xəbər verir ki, təşkilat bu addımı Ukraynadakı hərbi münaqişəyə görə atdığını bəyan edib. Səlahiyyət şəhadətnaməsi Putinə 2008-ci ildə təqdim edilmişdi. Bununla yanaşı, Sergey Soloveyçik Avropa Cüdo İttifaqının (EJU) rəhbəri vəzifəsindən istefa verdiyini açıqlayıb. 2007-ci ildən təşkilata rəhbərlik edən 56 yaşlı rusiyalı funksioner bu qərarı Ukrayna hadisələri fonunda verib. EJU-ya müvəqqəti olaraq alman Otto Kneitinger rəhbərlik edəcək.
Azpost.info
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31