“Putinin danışıqlara başlamaq istədiyinə şübhə edirəm” – Conson
28 Fevral 2022 11:54 DünyaBritaniya baş naziri Boris Conson Rusiya prezidenti Vladimir Putinin Ukrayna ilə danışıqlara başlamaq niyyətinin səmimiliyinə şübhə edir.
Olaylar.az xarici mətbuata istinadən xəbər verir ki, bunula belə, Conson münaqişəyə son qoymağa çalışmağın zəruriliyi ilə razılaşır. "Əgər Putin dayanmaq, qoşunları çıxarmaq və danışıqlar aparmaq istəsə, bu, çox yaxşı xəbərdir. Şübhələrim var... Hələ ki onun davranışlarında səmimi ola biləcəyini göstərən heç nə görməmişəm. Lakin belə bir şey varsa, biz bütün imkanlardan istifadə etməliyik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31