Ukraynanı 400 min insan tərk edib – 25 mini Avropa İttifaqına keçib
28 Fevral 2022 11:52 DünyaHərbi əməliyyatlar başlayandan Ukraynanı 400 minə yaxın insan tərk edib.
Olaylar.az xəbər verir ki, bu barədə Almaniyanın "Der Spiegel" nəşri hadisə yerindəki müxbirinə istinadən məlumat yayıb. Məlumatda qeyd olunur ki, təkcə Slovakiya ilə sərhəddəki sərhəd keçidindən son 3 gündə 25 minə yaxın qaçqın Avropa İttifaqına keçib.
Ekspertlər onların sayının 4-5 milyon nəfərə çata biləcəyini proqnozlaşdırırlar. Bu, Suriya və Əfqanıstandan Avropaya 2 milyona qədər insanın getdiyi 2015-2016-cı il hadisələrini üstələyən miqrasiya böhranı demək olacaq. Azpost.info
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31