Zelenskiyə dəstək  90 faizi ötür

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, həftə sonu Ukraynada keçirilən sorğunun nəticələrinə görə, ukraynalıların 90 faizindən çoxu Zelenskini dəstəklədiklərini bildiriblər ki, bu da ötən ilin dekabrına nisbətən üç dəfə çoxdur.
Reytinq Sosioloji qrupunun keçirdiyi sorğuya əsasən, ukraynalıların 91 faizi Zelenskini dəstəkləyib. Cəmi 6 faiz Ukrayna liderini dəstəkləməyib, 3 faiz isə qərarsız qalıb.

Sorğuda Ukraynanın müxtəlif şəhərlərindən iki min nəfər iştirak edib, lakin Krımın və Ukraynanın şərqində üsyançıların nəzarətində olan ərazilərdə yaşayanlar istisna edilib.

Ukraynanın Rusiyanın hücumunu dəf etmək şansı ilə bağlı suala 70 faiz bunun mümkün olduğuna inandığını bildirib.

Ukrayna Silahlı Qüvvələrinə dəstək də Rusiyanın hücumu başlamazdan əvvəl xeyli artıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31