Yapon milyarderdən Ukrayna hökumətinə 1 milyard yen təcili yardım

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Yaponiyanın e-ticarət nəhəngi Rakuten şirkətinin baş direktoru, milyarder Mikitani Hiroşi təcili yardım olaraq Ukrayna hökumətinə 1 milyard yen bağışlayacağını açıqlayıb.

Yaponiyanın e-ticarət nəhəngi Rakuten-in baş direktoru milyarder Mikitani Hiroşi Twitter-də Ukrayna prezidenti Vladimir Zelenskiyə yazdığı məktubda Rusiyanın hərbi hücumundan "olduqca sarsıldığını" vurğulayıb.

"Mənim fikirlərim sizinlə və Ukrayna xalqı ilədir", - deyən yapon baş direktor, "Ukrayna xalqı adından cəsarətli müqavimətinizi görəndə, Ukrayna üçün nəsə edə biləcəyimi düşündüm" deyə söyləyib.

"Ümid edirəm ki, Rusiya və Ukrayna bu problemi sülh yolu ilə həll edəcək və Ukrayna xalqı ən qısa zamanda sülh tapacaq", - deyən Mikitani ailəsi ilə məsləhətləşdikdən sonra kömək etmək qərarına gəldiyini bildirib.

Yapon milyarder Rusiyanın hərbi müdaxiləsindən zərər çəkənlərə təcili yardım çərçivəsində Ukrayna hökumətinə 1 milyard yen (8,7 milyon dollar) bağışlayacağını açıqlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31