Merdən etiraf: Şəhəri ruslara təhvil verdim
28 Fevral 2022 01:14 DünyaUkraynanın Xarkov vilayətinin Kupyansk şəhərinin meri Gennadi Matseqor şəhəri razılaşma yolu ilə Rusiya hərbçilərinə təhvil verdiyini etiraf edib.
Olaylar.az bildirir ki, mer Rusiya qoşunlarının alay komandirindən səhər saatlarında danışıqlar təklifi ilə bağlı ona zəng gəldiyini bildirib.
"Əks halda, bütün şəhərə basqın ediləcəyi dedi. Mən iştirak etmək qərarına gəldim. Şəhərdə insan tələfatının və dağıntıların qarşısını almaq üçün danışıqlara getdim", - deyə Matseqor bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31