Ukrayna və Rusiya arasında görüş yenə baş tutmadı
28 Fevral 2022 00:48 DünyaUkrayna nümayəndə heyəti Belarusa Polşadan keçməklə gəlir və bu səbəbdən görüş bazar ertəsi səhər baş tuta bilər.
Olaylar.az xəbər verir ki, bu sözləri belaruslu politoloq, görüşün təşkilatçıları ilə əlaqəsi olan Yuri Voskresenski deyib.
Qeyd edək ki, Ukraynanın Xalqın Xidmətçisi fraksiyasından olan deputat Fedor Venislavski canlı efirdə Ukrayna nümayəndə heyətinin 20:30 radələrində (Bakı vaxtı ilə 22:30) görüş yerinə yaxınlaşdığını və görüşün artıq başlamaq üzrə olduğunu bildirmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31