Avropa Komissiyasının rəhbəri ilə Zelenski arasında telefon danışığı olub

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenlə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.

Olaylar.az xəbər verir ki, bu barədə Ursula fon der Leyen "Twitter" hesabında bildirib.

"İndicə Rusiyanın işğalına qarşı qətiyyətli müqavimətə rəhbərlik edən Ukrayna Prezidenti Zelenski ilə danışdım. Mən ona Ukraynanın müdafiəsini, iqtisadiyyatını və qaçqınları dəstəkləmək üçün gördüyümüz güclü və təcili tədbirləri, həmçinin Rusiya və Belarusa qarşı yeni sanksiyaları izah etdim", - Avropa Komissiyasının rəhbəri qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31