Aİ Rusiyanın iş adamlarına qarşı yeni sanksiyalar tətbiq edəcək - Borrel

Avropa İttifaqı Ukraynadakı hərbi əməliyyatla əlaqədar Rusiyanın iş adamlarına və elitasının nümayəndələrinə qarşı yeni sanksiyalar tətbiq edəcək.

Olaylar.az xarici kiv-ə istinadən bildirir ki, bu barədə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel bildirib.

"Biz qara siyahıya oliqarxları da əlavə etməklə onu genişləndirəcəyik. Sistemdən mənfəət qazanan elitanı hədəfə alacağıq", - deyə J.Borrel qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31