Zelenskinin müharibə fəaliyyəti: xalq necə qarşılayır? - Sorğu

Prezident Vladimir Zelenskinin müharibə ərzindəki fəaliyyəti ilə bağlı sorğu keçirilib.

Olaylar.az xəbər verir ki, sorğunu "Reytinq" qrupu 26-27 fevral tarixlərində aparıb.

Rəyi soruşulanların 91 faizi Zelenskinin fəaliyyətini dəstəkləyib, 6 faiz əleyhinə çıxıb, 3 faiz isə cavab verməkdə çətinlik çəkib.

Zelenskinin reytinqinin ikiqat artdığı bildirilib.

Zelenskini mərkəz və qərb bölgələrində 90%, şərq və cənub bölgələrində 80 faiz seçici dəstəkləyib.

Sorğuda 18 yaşdan yuxarı, bütün vilayətləri - Krım və Donbasdan başqa - əhatə edən 2 min respondent iştirak edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31