Ukrayna ilə bağlı tələb: Təcili iclas keçirilsin!

Norveç və BMT Təhlükəsizlik Şurasının bir sıra dövlətləri sabah Ukraynadakı humanitar vəziyyətlə bağlı təcili iclas keçirilməsini istəyiblər.

Olaylar.az xəbər verir ki, bu barədə BMT məlumat yayıb.

"Norveç, ABŞ, Albaniya, Fransa, Böyük Britaniya, Meksika, İrlandiya Ukraynadakı humanitar böhranı həll etmək üçün Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini xahiş edirlər", - qeyd olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31