BP “Rosneft”dəki payından imtina edir

Böyük Britaniyanın neft şirkəti BP Ukraynadakı müharibəyə görə Rusiyanın "Rosneft" şirkətinin 19,75%-lik payından imtina etdiyini bildirib.

Olaylar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"BP-nin Direktorlar Şurası bu gün şirkətin "Rosneft"dəki payını ləğv edəcəyini açıqladı. BP 2013-cü ildən "Rosneft"də 19,75% paya sahibdir. Bundan əlavə, BP-nin baş icraçı direktoru Bernard Luni "Rosneft" direktorlar şurasını dərhal tərk edir". "Rosneft"in digər direktoru, BP tərəfindən irəli sürülən, keçmiş baş icraçı direktor Bob Dadli də direktorlar şurasından istefa verir", - məlumatda deyilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31