Macarıstan Ukraynaya silah verməyəcək
27 Fevral 2022 22:01 DünyaMacarıstan Ukraynaya silah göndərməyəcək, çünki ölkənin əlində olan bütün silahlara ehtiyacı var.
Olaylar.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.
"Macarıstanın mövqeyi dəyişməyəcək, çünki Macarıstan silahlı qüvvələri ölkənin sərhədlərini müdafiə edə bilmək üçün bütün silahlara ehtiyac duyur, buna görə də İtaliya və Almaniyadan fərqli olaraq, biz Ukraynaya silah göndərməyəcəyik", - o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31