"Ukraynadakı müharibədə həlak olan və yaralanan hərbçilərimiz var" - Rusiya MN

Ukraynadakı müharibədə Rusiya ordusunun hərbçiləri həlak olub.

Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Rusiya Müdafiə Nazirıliyinin xüsusi nümayəndəsi, general-mayor İqor Konaşenkov həlak olan rus əsgərlərinin sayını açıqlamayıb.

Bununla yanaşı, o, qeyd edib ki, müharibənin gedişatında yaralanan rus hərbçiləri də var. General-mayor Ukrayna tərəfinin də itki verdiyini bildirib.

Xatırladaq ki, Rusiya qoşunları fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31