"Putinin əmri Şimali Amerika və Avropanın birliyinin vacibliyini vurğulayır" - NATO Baş katibi
27 Fevral 2022 20:08 DünyaRusiya Prezidenti Vladimir Putinin Qərbin aqressiv bəyanatlarına cavab olaraq bu ölkə ordusundakı xüsusi qüvvələrinin ciddi döyüş növbətçiliyinə keçməsi barədə əmri NATO-nun, eləcə də Şimali Amerika və Avropanın birliyinin vacibliyini vurğulayır.
Olaylar.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq: Putinin əmri Şimali Amerika və Avropanın birliyinin vacibliyini vurğulayır - deyə bildirib.
"Prezident Putinin yeni bəyanatları Rusiyadan son aylarda və xüsusən də son həftələrdə eşitdiklərimizə aqressiv ritorika əlavə etdi", - o CNN-ə deyib: "Bu, NATO-nun Şimali Amerika və Avropa müttəfiqlərinin birliyinin vacibliyini vurğulayır".
"Mən ABŞ-ın Avropaya əlavə qüvvələr göndərməsi liderliyini yüksək qiymətləndirmək istərdim", - Stoltenberq əlavə edib.