Rusiya XİN təkzib etdi: Ukrayna ilə danışıqlar başlamayıb

Rusiya və Ukrayna nümayəndə heyətləri görüş yerinə indi çatmaqdadırlar. Görüşün başlanılması ilə bağlı yayılan informasiyalar həqiqətə uyğun deyil.

Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, Ukrayna mediası danışıqların başlandığını bildirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31